Hero background

Təmiz suyunyeni ünvanıKeyfiyyətinə güvənə biləcəyiniz etibarlı və təmiz su çatdırılması. Sağlam həyat üçün ideal seçim!

Necə sifariş etməli?

3 addımda sadə, sürətli və etibarlı su çatdırılması

1

Şəxsi Hesab

+994 55 400 72 77 nömrəsinə zəng etməklə və ya WhatsApp vasitəsilə müraciət etməklə, cəmi bir neçə dəqiqə ərzində operator tərəfindən sizin üçün hesab açılır.

2

Sifariş

Hesab məlumatlarınızı əldə etdikdən sonra məhsullarımızı telefon zəngi, WhatsApp və ya rəsmi vebsaytımız vasitəsilə sifariş edə bilərsiniz.

3

Çatdırılma

Sifarişiniz təsdiqləndikdən sonra qısa müddət ərzində qeyd olunan ünvana ödənişsiz çatdırılır.

Nə üçün AYMIA?

İl ərzində yüzlərlə müştəriyə etibarlı xidmət göstəririk

Şirkətimiz içməli suyun istehsalı və çatdırılması sahəsində yüksək keyfiyyət və müştəri məmnuniyyətini əsas prioritet kimi qəbul edir. İstehsal prosesi beynəlxalq sanitariya və keyfiyyət standartlarına tam uyğun şəkildə qurulmuş, çoxmərhələli filtrasiya sistemi və müasir avadanlıqlarla təmin olunmuşdur.

Biz hər bir müştəriyə fərdi yanaşma göstərir, ehtiyaclarına uyğun ən optimal həllər təqdim edirik. Bizim məqsədimiz yalnız təmiz və təhlükəsiz su təqdim etmək deyil, həm də uzunmüddətli etimad və davamlı əməkdaşlıq qurmaqdır. Bundan əlavə, çatdırılma xidmətimiz tamamilə ödənişsizdir.

MineralDəyər
pH8.5
HCO₃⁻5.5 mg/L
Cl⁻0.5 mg/L
SO₄²⁻10 mg/L
Na⁺5 mg/L
K⁺1 mg/L
Ca²⁺10-15 mg/L
Mg²⁺15 mg/L

Suyun emalı və filtrasiya mərhələrində ən müasir texnologiyalardan və yüksək keyfiyyətli avadanlıqlardan istifadə olunur. Filtrasiya sistemi çoxmərhələli olub, mexaniki təmizləmə, aktiv karbon, osmos və ultrabənövşəyi (UV) dezinfeksiya mərhələlərini əhatə edir. Bu proses suyun tərkibindəki bütün zərərli maddələri, bakteriya və ağır metalları aradan qaldıraraq, ona təbii təmizlik və balanslı minerallılıq qazandırır.

ƏsasMəhsullar
Səbət
Hesab